"Bu ilin 1-ci ayında ümumi daxili məhsuldarlıqda ötən ilin müvafiq aýı ilə müqayisədə 1,5 faiz azalma baş verib. Bunun da əsas səbəbi dünya bazarında neft-qaz sektorunda qiymətlərin aşağı enməsi ilə bağlıdır".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib. Ekspert bildirib ki, buna baxmayaraq qeyri-neft sektorunda 2 faiz artım müşahidə olunur:
"Ümumilikdə, hesab edirəm ki, azalma mövsümi amillərlə bağlıdır. Ötən ilin müvafiq ayı ilə müqayisədə iqtisadi artım tempi gözlədiyimizdən aşağı olmuşdur. Hesab edirəm ki, növbəti aylarda iqtisadi inkişaf, iqtisadi irəliləyiş və nəzərdə tutulan ÜDM artımı təmin ediləcəkdir".
Rəna Həsənova