Massaçusets Texnologiya İnstitutunun (MIT) Media Laboratoriyasından bir qrup “ağıllı” büstqalter hazırlayıb.
Faktmedia.az xəbər verir ki, aparat risk altında olan süd vəzi xərçəngi xəstələrinin daha effektiv monitorinqini aparmağa, şişlərin görünüşünü mamoqrammalar arasında izlənməyə imkan verəcək.
Bildirilib ki, bu cihaz erkən diaqnozda kömək edə bilər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, döş xərçəngi ən çox yayılmış xərçəng növüdür. 2020-ci ildə 2,3 milyon qadında bu xəstəlik aşkarlanıb və 685 min xəstə ondan dünyasını dəyişib. Qadınlarda ölüm hallarının ikinci səbəbidir.
Rəna Həsənova