“Sadəcə dırnağa və barmağa baxaraq xəstəlikləri görə bilərik”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Prof. Dr. Servet Altay deyib.
O bildirib ki, barmaqlarda və dırnaqlarda baş verən dəyişikliklərin bir çox xəstəliyin xəbərçisidir:
“Bəzi xəstəliklər qabaqcıl müayinə və görüntüləmə testlərinə ehtiyac olmadan təsbit edilə bilər. Ələ, barmaqlara və dırnaqlara baxaraq bəzi xəstəliklərdən şübhələnirik. Əllərində, barmaqlarında və dırnaqlarında dəyişiklik görənlər həkimə müraciət etməlidirlər”.
Altay şəxslərə barmaq və dırnaqlarındakı dəyişiklikləri diqqətlə müşahidə etməyi tövsiyə edib:
"Əgər dırnaq çox ağdırsa, bu, qaraciyər sirrozu kimi bir xəstəliyin əlaməti ola bilər. Barmaqlarda və dırnaqlarda sıyrıqlar varsa, bu, qan azlığının əlaməti ola bilər. Barmaqda ləkələr varsa, bu, qaraciyərin sirrozu kimi bir xəstəliyin əlaməti ola bilər. Barmaq bənövşəyi rəngə çevrildisə qan xəstəlikləri və ürək çatışmazlığı ağla gəlməlidir.Dəyməli formalı barmaq ürək xəstəliklərinin əlaməti ola bilər,"KOAH” kimi xəstəliklərin əlamətidir. Dırnaqda cizgilər görsək, ağlımıza revmatik xəstəliklər gəlir. Ona görə də sadəcə dırnaq və barmağa baxmaqla xəstəlikləri görə bilərik”.
Rəna Həsənova