“Uşaqlarda nevroloji problemlər yeni doğulmuş ilk günlərindən, 18 yaşa qədər olana qədər dönəminə qədər müşahidə edilə bilər. Yüni doğulmuş körpələrdə çətin və travmatik doğuş, infeksion xəstəliklər səbəbindən müxtəlif formalı nevroloji xəstəliklər meydana gələ bilər. Bu səbəbdən də valideynlər daha diqqətli olmalıdırlar”.
Bunu Faktmedia.az-a açıqlamasında uşaq nevroloqu Röyanə Quluzadə deyib.
Həkim bildirib ki, yeni doğulmuş körpədə əgər nevroloji problem varsa, qıcolma, diksinmə kimi simptomlar ola bilər. Daha sonrakı dövrdə isə inkişaf ləngimələri şəklində bu problem özünü büruzə verə bilər. Südəmər dönəmində uşağın davranışları bu baxımdan daha diqqətli izlənilməlidir. Körpənin ana ilə göz təması, gülümsəməsi, qığıldaması belə önəmli faktorlar hesab edilir.
Xəyalə Xəlilova