Aralarında Charles Dance, Liam Cunningham və Tilda Swinton da daxil olmaqla İngiltərədə 2 mindən çox sənətçi Qəzzada atəşkəs çağıran mətni imzalayıb.
Faktmedia.az xəbər verir ki, aktyor, yazıçı, rəssam, rejissor, fotoqraf və heykəltəraş kimi müxtəlif sahələrdə çalışan 2 mindən çox sənətçi Qəzzada atəşkəs tələbi ilə Fələstin üçün Rəssamlar platformasının internet saytında yerləşdirilən mətnə dəstək verib .
İnternetdə yayımlanan mətndə Qəzzanın İsrailin hücumları qarşısında dağıntı yığınına çevrildiyi və 2 milyondan çox insanın elektrik, su, qida və dərman vasitələrinin kəsildiyi bildirilib.
Rəna Həsənova