İsrailin Qəzzaya hücumlarına sosial mediada reaksiya verdikdən sonra nəzarətdə saxlanılan fələstinli müğənni Dalal Abu Amneh sərbəst buraxılıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Amneh həbsdə olarkən yaşadıqlarından danışıb.
"Onlar məni insanlıqdan çıxarmağa, səsimi susdurmağa və hər vəchlə alçaltmağa çalışdılar. Məni təhqir etdilər, əllərimi və ayaqlarımı qandalladılar” deyə o bildirib.
Sənətçi bu prosesdə ona dəstək olan hər kəsə təşəkkür edib və bundan sonra da həqiqəti müdafiə edəcəyini bildirib.
Qeyd edək ki, Amneh İsrailin Qəzzaya hücumlarına reaksiya vermək üçün oktyabrın 16-da Facebook hesabında Qurani-Kərimin Yusif surəsinin 21-ci ayəsində "Allahdan başqa qalib yoxdur" ifadəsini paylaşıb. Postdan sonra Amneh polis tərəfindən saxlanılıb.
Xəyalə Xəlilova