İsrail ordusu Livan sərhədindəki Hizbullah hədəflərini vurduğunu bildirib.
Faktmedia.az xəbər verir ki bu barədə ordudan açıqlama verilib.
Bu atışlara cavab olaraq İsrail ordusunun Hizbullah mövqelərini vurduğu, hədəflər arasında Hizbullah müşahidə məntəqəsinin də olduğu qeyd edilib.
Digər tərəfdən Livan Hizbullahı İsraillə toqquşmalarda daha 2 üzvünün öldüyünü açıqlayıb.
Qeyd edək ki, oktyabrın 8-dən Livan-İsrail sərhədində baş verən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 12-yə yüksəlib.
Rəna Həsənova