İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində gecə basqınları zamanı 4-ü uşaq olmaqla 7 fələstinlini qətlə yetirib.
Faktmedia.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail əsgərləri basqınlara reaksiya verən fələstinlilərə real və rezin güllələrlə müdaxilə edib.
Qeyd edək ki, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail qüvvələri və yəhudi mühacirlər tərəfindən öldürülən fələstinlilərin sayı 69-a yüksəlib.
Xəyalə Xəlilova