İsrail qüvvələri İordan çayının qərb sahilinə deportasiya edilən Qəzza işçilərinin qaldığı Hebrondakı məktəbə basqın edib.
Faktmedia.az xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının Əsir İşləri Komitəsindən məlumat verilib.
Bildirilib ki, İordan çayının qərb sahilinə deportasiya edilən İsraildə çalışan Qəzzalı fəhlələrdən 35-i saxlanılıb.
İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının isə 680-ə yüksəldiyi qeyd edilib.
Rəna Həsənova