İsrail qüvvələri İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsini tərk edib, ordu sözçüsü TASS-a telefonla bildirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) bazar ertəsi gecə başladığı antiterror əməliyyatının bitib-bitmədiyini soruşduqda o, müsbət cavab verib.
İsrailin müdafiə naziri Yoav Gallant çərşənbə axşamı axşam bildirib ki, hərbçilər hərbi əməliyyatların iki günü ərzində Cenində "terrorçu istehsal sahəsini" məhv ediblər.
Həmin gün İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərin şəhərdəki missiyasını tezliklə başa vuracağını açıqlayıb və əlavə edib ki, Cenində keçirilən genişmiqyaslı əməliyyat birdəfəlik fəaliyyət deyil.
Sevinc Hüseynova