Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu ilə bağlı "Bu, beynəlxalq səviyyədə araşdırılmalı olan bir müharibə cinayətidir" deyib.
Faktmedia.az xəbər verir ki, Petro bu barədə X sosial media platformasındakı paylaşımında yazıb.
O bildirib ki, zəncirin ən zəif halqası olan Fələstinli mülki əhaliyə edilən hücumun heç bir etik və mənəvi əsası yoxdur:
“Tibb işçiləri, xəstələr, yaralananlar və qaçqınlar da daxil olmaqla 800-dən çox insanın həyatını itirdiyi Qəzza xəstəxanasına hücum beynəlxalq səviyyədə araşdırılmalı olan hərbi cinayətdir”.
Qeyd edək ki, İsrailin oktyabrın 17-də Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına təşkil etdiyi hücumda 471 nəfər həyatını itirib, 28-i ağır olmaqla 342 nəfər yaralanıb.
Xəyalə Xəlilova