İsrailin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasını bombalaması ilə bağlı açıqlama verən Fransa prezidenti Makron deyib ki, xəstəxanaya hücumu heç nə əsaslandıra bilməz. Heç nə mülki şəxslərin hədəf alınmasına haqq qazandıra bilməz.
Faktmedia.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron X hesabında yazıb.
O bildirib ki, Fransa Qəzzada çoxlu fələstinlinin ölümünə səbəb olan Əl-Əhli Ərəbi xəstəxanasına hücumu pisləyir.
Rəna Həsənova