“Heç bir halda yaxın həftələrdə Kiyev hökumətinə qırıcı təyyarələr verilə bilməz”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri ətrafında baş tutan AB sammitindən sonra deyib.
O bildirib ki, qırıcı təyyarələrin tədarükü prioritet deyil:
“Bu, hazırda Ukrayna ordusuna lazım olan şey deyil və heç bir halda döyüş təyyarələri yaxın həftələrdə çatdırıla bilməz”.
Bəsti MƏMMƏD