ABŞ Dövlət Departamentinin baş direktoru ölkə administrasiyasının İsrailyönlü mövqeyini artıq dəstəkləyə bilməyəcəyini bildirərək, istefa verib.
Faktmedia.az xəbər verir ki, Coş Paul “LinkedIn” peşəkar sosial biznes şəbəkəsində dərc olunan məktubda istefasının səbəbini açıqlayıb.
Paul sözügedən bölmədə xidmətə başlayanda bəzi əxlaqi dilemmalarla üzləşəcəyinin fərqində olduğunu və “faydası zərərdən çox olduğu müddətdə” dözməyə davam etmək qərarına gəldiyini bildirib.
O, 11 illik səlahiyyət müddətində mənəvi güzəştlərə getdiyini, lakin "öldürücü silahların İsrailə verilməsinin" onun hüdudlarını aşdığını bildirib:
“Biz həm işğal əleyhinə ola, həm də işğalı dəstəkləyə bilmərik”.
Paul, İsrailin ABŞ-ın dəstəyi ilə yürütdüyü siyasətin həm israillilərə, həm də fələstinlilərə böyük ziyan vurduğunu bildirib:
"Bir tərəfi kor-koranə dəstəkləmək heç bir tərəfə fayda vermir. Mən artıq bunun bir hissəsi olmaq istəmirəm”.
Rəna Həsənova