ABŞ Müdafiə Nazirliyi (Pentaqon), hava hücumundan müdafiə sistemləri və sursat da daxil olmaqla, İsrail-Fələstin münaqişəsi səbəbiylə İsrailə müdafiə dəstəyini artırdıqlarını açıqlayıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Pentaqon rəsmisi məlumat verib.
Bayden administrasiyasının İsraillə təmaslarını davam etdirdiyini və ən təcili ehtiyacları müəyyənləşdirməyə çalışdığını bildirən rəsmi, "İlk növbədə İsrailin müdafiəsinə dəstəyimizi artırırıq. Buraya hava hücumundan müdafiə sistemləri və sursat daxildir" deyə bildirib.
İsrailə lazım olan sursatları ən qısa zamanda çatdırmaq üçün çalışdıqlarını qeyd edən səlahiyyətli, İsrailin tələb etdiyi bəzi materialları daşıyan təyyarələrin yolda olduğunu vurğulayıb.
Rəna Həsənova