Türkiyə Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının fövqəladə sammiti zamanı bildirib.
Ankara dəfələrlə Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi olmaq fikrini səsləndirib:
"Bizim vasitəçiliyimizlə mümkün olan taxıl sövdələşməsi və məhbus mübadiləsi göstərdi ki, Ukrayna münaqişəsində tərəflər ümumi dil tapmağa qadirdir. Biz Ukraynada ədalətli sülhün tərəfdarıyıq və mən daimi təmasda olmaqda davam edirəm. Putin və Zelenski arasında danışıqların təşkili üçün səy göstərməyə davam edəcəyəm”.
Bəsti Məmməd