ABŞ ordusu Ukraynaya öz inventarından yeni hərbi yardımlar edəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
Kirbi qeyd edib ki, yeni paketə Patriot hava hücumundan müdafiə sistemləri, Stingers və Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) üçün əlavə sursat daxildir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) da hərbi yardım paketinin 300 milyon dollar dəyərində olduğunu və minalardan təmizləmə avadanlığı və müxtəlif ölçülü artilleriya sursatlarını ehtiva etdiyini açıqlayıb.
Kirbi bildirib ki, onlar Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik sülh planını işə salmaq üçün ukraynalılarla işləyirlər. Digər tərəfdən Kirbi Ukrayna rəsmilərindən Rusiya ərazisinə hücum etməyəcəklərinə dair təminat aldıqlarını bildirib.
Bəsti Məmməd