Bu həftə Ukraynaya əlavə yardım paketi veriləcək, tədbir Ağ Evdə açıqlanıb.
Faktmedia.az xəbər verir ki, məlumatı Reuters yayıb.
ABŞ Prezident Administrasiyasının Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, Ukraynaya yeni hərbi yardım paketlərinin ayrılması davam edəcək və onlardan biri də bu həftə olacaq.
Lakin o, hansı yardımın göstəriləcəyi ilə bağlı konkret məlumata malik olmadığını qeyd edib.
Martın 31-də ABŞ-ın Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi dəstək paketini açıqlamaq niyyətində olduğu bildirilib. Yardım göndərişlərinə hava hücumundan müdafiə radarları, tank əleyhinə raketlər, yanacaq daşıyan maşınlar, bərpa maşınları və tanklar, təyyarələr və onlarla növ sursat daxil olacaq.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin Ukraynaya 65 milyard avro dəyərində silah ötürdüyünü bildirmişdi.
Havar Şəfiyeva