"ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynada atəşkəslə bağlı təhlili dayazdır və bir çox amilləri nəzərə almır".
Fakmedia.az Lenta.ru-ya istinadən xəbər verir ki, Dövlət Departamentinin rəhbərinin mövqeyini Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında belə qiymətləndirib.
“Cənab Entoni Blinken dünən çıxış edərək dedi ki, indi Ukraynada atəşkəs Rusiya Federasiyasının maraqlarına uyğun olacaq və buna yol vermək olmaz. Bu qədər dayaz, açığı, təhlilin əsasında nə dayanır? Bunu demək mənim üçün çətindir"- deyə nazir bildirib.
Bundan əvvəl Blinken Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə konstruktiv diplomatiyaya hazır olduğunu bəyan edib. Siyasətçi vurğulayıb ki, Rusiya hakimiyyəti də öz növbəsində danışıqlara istəklərini nümayiş etdirməlidir, lakin beynəlxalq hüquq müstəvisində Rusiya tərkibində yeni ərazilərin statusunu qanuniləşdirən atəşkəsə qarşı çıxıb.
Havar Şəfiyeva