Minsk əmindir ki, qarşıdurma və silahlanma yarışı ritorikasını qlobal təhlükəsizliyin arxitekturasının gücləndirilməsi üzrə dialoqla əvəz etmək lazımdır.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Biz bütün tərəfdaşlarımızı bunu etməyə çağırmışıq və etməyə davam edirik”-deyə bildirilib:
“Belarus tərəfi əmindir ki, qarşıdurma ritorikasını və artan silahlanma yarışını əvəz etmək üçün qlobal və regional təhlükəsizliyin arxitekturasının, çoxtərəfli tərksilah mexanizmlərinin, silahların yayılmaması və nəzarətin gücləndirilməsinə yönəlmiş konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoq yaranmalıdır”.
Qeyd edək ki, martın 25-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Minskin tələbi ilə ABŞ-ın öz nüvə silahlarını müttəfiqlərinin ərazilərində yerləşdirdiyi kimi, Belarusda taktiki nüvə silahlarını yerləşdirəcək.
Havar Şəfiyeva