NATO ölkələri Ukraynaya 65 milyard avroluq hərbi yardım edib və hazırda uzunmüddətli hərbi dəstək proqramı hazırlayır.
Faktmedia.az xəbər verir ki, bu sözləri Alyansın baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, NATO-nun Kiyevə dəstəyi “uzunmüddətlidir”:
"Müttəfiqlər 65 milyard avroluq hərbi yardım çatdırıblar. Mən müasir döyüş tankları və digər zirehli texnikaların Ukraynaya gəlməyə başlamasını alqışlayıram. Biz Ukrayna silahlı qüvvələrini gücləndirmək də daxil olmaqla dəstəyimizi necə artıra biləcəyimizi müzakirə edəcəyik. Və onların sovet dövründən NATO avadanlığına və doktrinasına keçidini dəstəkləyəcəyik. Ona görə də nazirlərin çoxtərəfli hərbi qüvvələrin yaradılması üzərində işə başlamağa razılaşacağını gözləyirəm”.
BƏSTİ