Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın günlərdə Rusiyaya səfər edə bilər.
Faktmedia.az xəbbər verir ki, Qrossi yaxın gələcəkdə böyük ehtimalla Rusiyaya gedəcəyini bildirib.
Qeyd edək ki, Qrossi dəfələrlə Rusiyaya səfər edib. MAQATE rəhbəri 2022-ci ilin oktyabrında Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, martın 9-da Moskvada Rusiyanın “Rosatom” Dövlət Nüvə Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçev ilə danışıqlar aparıb.
Rəna Həsənova