Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardımı ödəyən Sülh Fondunun həcmini 2,2 milyard avro artırıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının geniş yayılmış bəyanatında deyilir.
“Aİ Şurası əlavə maliyyə ehtiyaclarını ödəyəcək Avropa Sülh Fondunun maliyyə həddinin 2027-ci ilə qədər cari qiymətlərlə 7,979 milyard avroya qədər artırılması barədə qərarı təsdiqləyib”, - deyə nəşr yazır.
Bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell bildirmişdi ki, Avropa İttifaqı Avropa anbarlarında qalan ehtiyatlardan Ukraynaya mərmi ötürmək üçün sülh fondundan bir milyard dollar ayırmağa hazırdır. Onun sözlərinə görə, Aİ ölkələrinin müdafiə nazirləri Kiyevə 155 mm və 152 mm-lik artilleriya sursatlarının təcili tədarükü ehtiyacı barədə razılığa gəliblər.
Havar Şəfiyeva