İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin Qəzzaya qarşı hərbi cinayətlərinin davam edəcəyi təqdirdə yeni cəbhənin açılmasının mümkün olduğunu bildirib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Abdullahiyan mətbuat konfransında İsrailin Qəzzaya hücumundan danışarkən deyib.
O bildirib ki, Beyruta digər müsəlman dövlətləri ilə birlikdə İsrailin Qəzza xalqına qarşı törətdiyi qətllərə daha dözməyəcəklərini yüksək səslə bəyan etmək üçün gəliblər:
"Bəzi Qərb rəsmiləri sionist rejimə (İsrail) qarşı yeni cəbhənin açılması ehtimalı ilə bağlı sual verdilər. Mən dedim ki, sionistlər müharibə cinayətlərini davam etdirsələr, hər hansı bir ehtimal müqavimətin tərəfindədir".
Xəyalə Xəlilova