Xəstəxanadan başqa Qəzzada bir çox fərqli nöqtədə də bombardumanlar davam edir. Hər bombardumandan sonra böyük panika və qorxu var.
Faktmedia.az xəbər verir ki, İsrailin hücumları altında qəzzalılar yemək tapmaqda çətinlik çəkirlər.
Qəzzada hücumlar artdıqca mülki əhalinin vəziyyəti daha da pisləşir.
İsrailin hər hücumundan sonra obyektivdə böyük qorxu və panika əks olunur.
Qəzzada ərzaq ehtiyatları tükənmək üzrədir.
Dünya Ərzaq Proqramının Yaxın Şərq sözçüsü Abir Etefa xəbərdarlıq edir ki, mağazalarda cəmi 4-5 günlük ərzaq qalıb.
Bombarduman altında olan Qəzzalılar ümidsizcə yemək tapmağa çalışırlar.
Morqlar dolub-daşarkən, Qəzzalılar dərin ağrılar yaşayırlar.
Rəna Həsənova