BMT- nin İrana qarşı qoyduğu ballistik raket embarqosu bu gün başa çatır.
Faktmedia.az xəbər verir ki, Əli Bakıri X sosial media platformasındakı paylaşımında məsələ ilə bağlı açıqlama verib.
Bakıri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) İrana qarşı tətbiq etdiyi ballistik raket embarqosunun bu gündən etibarən sona çatdığını bildirib.
Qeyd edib ki, İran artıq BMT Təhlükəsizlik Şurası çərçivəsində heç bir məhdudiyyətə məruz qalmır.
Vurğulayıb ki, Avropa Birliyinin sanksiyaları davam edəcək.
Xəyalə Xəlilova