Qəzzada xəstəxanaya endirilən zərbələr cinayət və insanlıqdan çıxarma aktıdır.
Faktmedia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova qeyd edib ki, İsrailin Qəzzada xəstəxanaya edilən hücumlarda iştirak etmədiyinə dair sübutlar təqdim etməsi lazımdır:
“Əlbəttə, bu cür cinayət əməlini cinayət, insanlıqdan çıxarma aktı kimi təsnif edirik .Biz mediada və sosial şəbəkələrdə şərh verməkdən daha çox, faktlar təqdim etməliyik”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin ABŞ-ı vəziyyətə aydınlıq gətirməyə və faciənin günahkarını müəyyən etməyə kömək edəcək peyk görüntülərini təqdim etməyə çağırıb.
Rəna Həsənova