Yaponiya hökuməti humanitar böhranın aradan qaldırılması üçün Qəzza zolağına 10 milyon dollarlıq təcili yardım göstərəcəyini açıqlayıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Kamikava Yoko mətbuat konfransında bildirib.
Hökumət HƏMAS qüvvələrinin Fələstinin Qəzza zolağında İsrailə qarşı hücumlarını pisləyib.
Yaponiyalı nazir, qida, su, tibbi və səhiyyə xidmətləri kimi zəruri yardımların günahsız mülki şəxslərə və fələstinli qaçqınlara çatması üçün diplomatik səylərimizi davam etdirəcəklərini bildirib.
Xəyalə Xəlilova