Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çərşənbə günü TASS-ın sualını cavablandırarkən deyib ki, ABŞ və onun vassalları Ukraynaya silah göndərməyi dayandırsalar, xüsusi hərbi əməliyyat bir neçə günə başa çatacaq.
"NATO-da, ilk növbədə ABŞ və onun vassalları Ukraynaya silah və sursat göndərilməsini dayandırsalar, xüsusi hərbi əməliyyat bir neçə aydan sonra başa çatacaq; əgər onlar silahlarının göndərilməsini indi dayandırsalar, xüsusi əməliyyat bir neçə günə başa çatacaq", - Medvedev bildirib.
“Əslində istənilən müharibə, hətta dünya müharibəsi belə, çox sürətlə dayana bilər. Ya sülh müqaviləsi imzalansa, ya da ABŞ 1945-ci ildə nüvə silahı və bombardmançılarından Yaponiya şəhərlərinə - Xirosima və Naqasakiyə istifadə edəndə etdiklərini etsə. Onlar, həqiqətən də, o vaxt müharibə kampaniyasını bahasına başa vurmuşdular. 300 minə yaxın mülki vətəndaşın həyatına son qoydu. Rusiya ordusu “hər bir ordu kimi müəyyən problemlər yaşasa da” “müasir və qəhrəmandır”.
Mənbə: TASS
Sevinc Hüseynova