Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin Belarusda nüvə silahının saxlanmasına dair sənədləri imzalayıblar.
Faktmedia.az xəbər verir ki, müvafiq olaraq, Belarusda nüvə silahlarının yerləşdirilməsi bu il başa çatacaq.
Belarus prezidenti Aleksandr Lukaşenko nüvə silahının logistikasına başlandığını bəyan edib.
Xatırladaq ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planını mart ayında Putin elan edib.
Rusiya 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ilk dəfə olaraq öz sərhədindən nüvə silahı yerləşdirir.
Xəyalə Xəlilova