Rusiya və Belarus arasında nüvə silahları ilə bağlı sənəd imzalanıb.
Faktmedia.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin Belarusda nüvə silahının saxlanmasına dair sənədləri imzalayıblar.
Bildirilib ki, nüvə silahları Belarus ərazisində yerləşəcək.
Müvafiq olaraq, Belarusda nüvə silahlarının yerləşdirilməsi bu il başa çatacaq.
Belarus prezidenti Aleksandr Lukaşenko nüvə silahının logistikasına başlandığını bəyan edib.
Xəyalə Xəlilova