Təhlükələr artarsa, strateji nüvə silahları ölkəyə gətirilə bilər.
Faktmedia.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O xalqa və parlamentə müraciət edib:
“Lazım gələrsə, Putin və mən qərar qəbul edəcəyik və ehtiyac olarsa, strateji silahları da buraya gətirəcəyik. Bunu, bu gün bizi içəridən və xaricdən partlatmağa çalışan bu əclaflar başa düşməlidirlər. Biz ölkələrimizi və xalqlarımızı müdafiə etməkdə heç nədən əl çəkməyəcəyik”.
Belarus prezidenti bildirib ki, 1990-cı illərdə o, Belarusdan Rusiyaya nüvə silahı daşındığından, strateji raketlərin yerləşdirildiyi obyektlərin əksəriyyətinin saxlanılması barədə göstəriş verib:
“Bir həftə əvvəl də mən hərbçilərə əmr verdim ki, nüvə başlıqları ilə silahlanmış Topolların yerləşdirildiyi əraziləri dərhal bərpa etsinlər”.
Bəsti MƏMMƏD