Çətin ki, Rusiya nüvə silahından istifadə etmək qərarı versin.
Faktmedia.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul deyib:
“Biz ən yüksək səviyyədə Rusiya rəhbərliyinə açıq şəkildə bildirdik ki, Ukraynada istənilən miqyasda nüvə silahından istənilən istifadə dünyanı dəyişən hadisə kimi qiymətləndiriləcək”.
Kola görə, belə bir qərar rusların artıq yaşadıqları hər şeyi aşaraq, dəhşətli nəticələrə səbəb olacaq.
ABŞ Müdafiə Nazirliyinin rəis müavini onu da qeyd edib ki, yaxşı xəbər odur ki, Moskva çətin ki, bunu edəcək.
Oxşar fikri daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da bildirmişdi. Bir qrup ekspertlə video danışıq zamanı o bildirib ki, Moskvanın strateji nüvə silahından istifadə etməsi ehtimalı azdır. bununla belə, qeyd olunub ki, ABŞ administrasiyası hələ də Rusiya rəhbərliyinin Ukraynadakı döyüş meydanında taktiki nüvə silahından istifadəyə göstəriş verə biləcəyindən narahatdır.
Havar Şəfiyeva