Böyük Britaniyanın Moskvadakı səfirliyi səfir Deborah Bronnertin Britaniya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdığı videomüraciətini yayıb.
"Bizim məsləhətimiz Rusiyaya səyahət etməməkdir və əgər burada olmanız vacib deyilsə, biz sizə getmək barədə düşünməyi məsləhət görürük", - o, səfirliyin "Telegram" kanalında yerləşdirilən videoda bildirib.
Bronnert bildirib ki, Böyük Britaniyanın Moskvadakı səfirliyi və Yekaterinburqdakı baş konsulluq fəaliyyətini davam etdirir və konsulluq xidmətləri təklif edir.
Səfirlik daha əvvəl Britaniya vətəndaşları üçün Rusiyaya səyahətdən çəkinmələri üçün yenilənmiş tövsiyə dərc edib və 23 və 24 iyun hadisələri səbəbindən bu cür səfərlərin riskli olduğu barədə xəbərdarlıq edib.
Sevinc Hüseynova