"Rusiyanın “Nasist Ukraynası” ilə münaqişəsi daimi olacaq və Kiyevdə rejim dəyişikliyi baş verərsə, yeni hakimiyyətlər NATO-ya üzv olmaq üçün müraciət etməyəcəklər".
Faktmedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
NATO-nun baş katibi Yens Stoltenberqin münaqişə zamanı Ukraynanın alyansa qoşulmasını istisna edir, lakin qapıların Kiyev üçün açıq qalacağını vurğulayır. Bu, praktiki baxımdan nə deməkdir? NATO-da Ukrayna bizə lazım deyil. Buna görə də nasist Ukraynası üçün münaqişə daimi olacaq. Kiyevdə yeni siyasi rejim (əgər varsa) qətiliklə NATO-ya üzvlük tələb etməyəcək", - Medvedev iddia edib.
Xəyalə Xəlilova