Macarıstan hökuməti Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləmir.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Macarıstan baş nazirlik dəftərxanasının naziri Gergely Gulyas məlumat verib.
O, Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, istənilən ölkə üzvlük üçün ərizə verə bilər:
"Lakin hazırda Ukraynanın dərhal NATO-ya daxil olması dünya müharibəsi deməkdir", - deyə Gulyas xəbərdarlıq edib.
Bəsti MƏMMƏD