ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer etiraf edib ki, Vaşinqton və Pekin arasında münasibətlərin hazırkı trayektoriyası ABŞ və Çin arasında hərbi münaqişəyə gətirib çıxara bilər.
Faktmedia.az xəbər verir ki, o, bu barədə Bloomberg-ə müsahibəsində bildirib.
Daha əvvəl Henri Kissincer bəyan etmişdi ki, hazırda Tayvan probleminin həlli mümkün deyil, ona görə də mövcud vəziyyət qorunmalıdır. O, adanın müvafiq statusunu müəyyən illər ərzində saxlayan, tərəflərin bir-birini təhdid etməyəcəyi və ya bir-birinə qarşı yönəlmiş qüvvələrinin yerləşdirilməsini məhdudlaşdırmayacaq formuldan başlamağı təklif edib.
Havar Şəfiyeva