Tayvana bitişik ərazidə beş Çin Xalq Azadlıq Ordusu təyyarəsi və dörd gəmi aşkar edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, heç bir təyyarə Tayvan boğazında median xətti keçməyib və ya Tayvan Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olmayıb:
“Tayvan boğazında gərginlik ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin ötən ilin avqustunda Taybeyə səfərindən sonra artıb. Səfəri ABŞ konqresmenləri və qubernatorlarından ibarət daha bir neçə nümayəndə heyəti izlədi. Çin bu cür səfərləri qızışdıran kimi tənqid edərək, bu addımları Çinin daxili işlərinə qarışmaq və Tayvan separatçılarına dəstək kimi qiymətləndirib”.
Qeyd edək ki, Tayvan 1949-cu ildən yerli administrasiyası tərəfindən idarə olunur. Rəsmi Pekin Tayvanı Çin Xalq Respublikasının əyaləti hesab edir. Vaşinqton Taypeyə silah və hərbi texnikanın əsas tədarükçüsü olub.
Havar Şəfiyeva