Çinin BMT-dəki nümayəndəsinin müavini nüvə müharibəsi təhlükəsi səbəbindən Zaporojye atom elektrik stansiyasını atəşə tutulmasına son qoymağa çağırıb.
FaktMedia.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Çin Xalq Respublikasının təşkilatdakı səfirinin müavini Dai Binq deyib.
Rusiya Müdafiə Nazirliyi mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən Enerqodarın və Zaporojye AES-in şəhərə bitişik ərazisinin atəşə tutulması barədə məlumat verib.
MAQATE dəfələrlə zavodun ətrafında təhlükəsizlik zonasının yaradılmasını tələb edib.
Havar Şəfiyeva