Ukrayna Belqorod vilayətinin Bezlyudovka kəndini atəşə tutub, iki nəfər yaralanıb.
Faktmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib:
"Hazırda Şebekinski şəhər rayonunun Bezlyudovka kəndi atəşə tutulur. İlkin məlumatlara görə, iki qurban var. Zərərçəkənlər arasında qəlpə yaraları və mərmi zərbələri alanlar da mövcudur", - deyə rayon rəhbəri bildirib.
Bəsti Məmməd