Çin martın 15-dən etibarən xarici vətəndaşlar üçün bütün növ vizaların nəzərdən keçirilməsini və verilməsini bərpa etməyi planlaşdırır.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Departamenti məlumat verib.
Bildirilib ki, viza verən xaricdə yerləşən qurumlar Çinə gedən əcnəbi vətəndaşlar üçün bütün növ vizaların nəzərdən keçirilməsini və verilməsini bərpa edəcək:
“28 mart 2020-ci il tarixinədək verilmiş və müddəti hələ bitməmiş vizalar yenidən qüvvədə olacaq. Çin Haynan əyaləti üçün vizasız siyasəti və kruiz layneri sərnişinləri üçün vizasız giriş siyasətini, habelə Honq-Konqdan gələn mütəşəkkil əcnəbi qruplar üçün Guangdong əyalətinə vizasız giriş siyasətini bərpa edəcək”.
Rəna Həsənova