Tayvan yaxınlığında ÇXR Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun gəmi və təyyarələri tapılıb.
Faktmedia.az xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi Tvitter hesabında məlumat yayıb.
Açıqlamaya görə, aprelin 7-də səhər saatlarında Çinə məxsus 3 hərbi gəmi adanın yaxınlığından keçib, həmçinin bir döyüş təyyarəsi və bir helikopter hava hücumundan müdafiə zonasını keçib. Tayvan silahlı qüvvələri vəziyyəti izləyir və hava qüvvələrinə, dəniz donanmasına və quruda yerləşən raket sistemlərinə bu hərəkətlərə cavab verməyi tapşırıb.
Havar Şəfiyeva