Hindistanın Manipur əyalətində Meitei icmasının "planlı qəbilə" kateqoriyasına daxil edilməməsi səbəbiylə başlayan gərginlik davam edir.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxslərin Agijang şəhərinə basqın etməsi nəticəsində qarşıdurma baş verib.
Polis qarşıdurmada 9 nəfərin həyatını itirdiyini, 10 nəfərin yaralandığını açıqlayı.
Əyalətdəki zorakılıqlarda ölənlərin ümumi sayı 110-a yüksəlib.
Qeyd edək ki, Manipurda zorakılıqlar səbəbindən indiyədək 47 mindən çox insan didərgin düşüb, yüzlərlə ev dağıdılıb.
Bəsti Məmməd