Uşaqlarin çirklənməsi, palçıqla oynaması sağlamlığa müsbət təsir edir.
Faktmedia.az xəbər verir ki, araşdırmalara görə, palçıq və torpaqda immunitet sistemini gücləndirəcək mikroorqanizmlər çoxdur. Bu allergiya, astma, hətta depressiya kimi problemlərə qarşı müqavimət göstərməyə yardım edə bilər.
Urbanizasiyanın artması, kompüter oyunları uşaqların immunitetinin zəifləməsinə səbəbolub. Şəhərdə yaşayan uşaqlar mikroblardan tamamilə təcrid edilmiş vəziyyətə bpyüyürlər. Buna görə də immunitet sistemləri xəstəliklərə qarşı zəif olur. Mütəxəssislər uşaqların çöl mühitinə az da olsa, alışdırılmasını tövsiyə edirlər.
Çirklənmək uşaqları möhkəmləndirə bilər.
Sevinc Hüseynova