Məlumdur ki. insan bədəni unikaldır, haqqında çoxlu bilinməyən faktlar var.
Faktmedia.az xəbər verir ki, bu yaxınlarda alimlər immun sistemində limfa düyünlərinin yaxınlığında yerləşən “yeni orqan” aşkar ediblər. Orqan bütün keçmiş xəstəlikləri xatırlamağı bilir.
Bu barədə “İnosmi” nəşri məlumat yayıb.
Məlumata görə, səhər saatlarında insanın boyu axşama nisbətən daha yüksək olur. Adətən insanın onurğa sütunu yeriməkdən qığırdağı əzdiyi üçün səhərlər yatmazdan 1-2 santimetr uzun olur.
“Çəkisizlik vəziyyətində ürək yuvarlaqlaşır. Bu, bədənin həcminin azalması ilə əlaqədardır. İnsan bədəni qaranlıqda işıq yaymağa qadirdir, lakin gözün tuta biləcəyi radiasiyadan 100 dəfə zəifdir, ona görə də biz onu praktiki olaraq görmürük”- deyə araşdırma müəllifləri bildirirlər.
Bundan əlavə, tədqiqata görə, insan orqanizmi qəbul edilən qidadan spirt yaratmağa qadirdir. Karbonlu qidalar yedikdən sonra bəzi insanların mədələri şəkəri karbohidratlara çevirə bilmədiyi üçün sərxoş hiss edirlər. Bu səbəbdən bunun əvəzinə bədən etanol yaradır.
Xəyalə Xəlilova