Hazırda NATO Rusiyadan artan nüvə təhlükəsini görmür.
Faktmedia.az Agerpresə istinadən xəbər verir ki, alyansın baş katibinin müavini Mirça Coana potensial təhlükəni belə qiymətləndirib.
Baş katibin müavini aydınlaşdırıb ki, alyansın nüvə müharibəsi ilə bağlı mövqeyini dəyişmədiyi və həyəcan səviyyəsini yüksəltmədiyi kimi, NATO Rusiyada hərbi vəziyyətdə dəyişiklik əlaməti görmür. “Biz də bir alyans olaraq nüvə fövqəldövlətiyik, lakin bu vəziyyətdə özümüzü son dərəcə məsuliyyətli aparırıq” deyə o, yekunlaşdırıb.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Ukrayna üçün NATO-ya qapı hələ də açıqdır, lakin Kiyev alyansın standartlarına cavab verməlidir. Onun sözlərinə görə, Qərb Ukraynanın icma standartlarına cavab verməsi üçün atılmalı olan əməli addımlara diqqət yetirib.
Havar Şəfiyeva