Ryabkov Finlandiyanın NATO-ya daxil olmasının nəticələrini dəyərləndirib
Faktmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu “Rossiya 24” telekanalının efirində deyib.
Nazir müavininin sözlərinə görə, Helsinkinin Şimali Atlantika Alyansına daxil olması Şimali Avropanın təhlükəsizliyinin zəifləməsinə gətirib çıxaracaq:
"Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. ABŞ dövlət katibi Entoni Blinken Helsinkinin alyansın digər üzvləri tərəfindən ratifikasiya olunmuş üzvlük protokollarını qəbul edərək, rəsmi qəbul mərasimində iştirak edib. Rusiyada Finlandiyanın NATO-ya daxil olması onun təhlükəsizliyinə təhdid və alyans tərəfindən razılaşmaların pozulması kimi qiymətləndirilir. Artıq Finlandiyadan zərbə endirilə biləcəyini anlayan ölkə sərhədlərini gücləndirmək məcburiyyətində qalacaq".
Qeyd edək ki, Finlandiya 2022-ci ilin mayında İsveçlə birlikdə alyansa qoşulmaq üçün müraciət edib. Stokholm Quranın yandırılmasından sonra Türkiyə ilə ziddiyyətlərə görə hələ də alyansa üzv ola bilməyib.
Havar Şəfiyeva