“Türkiyə hazırdır və Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası prosesinə başlayır”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib.
O bildirib ki, Finlandiya NATO-ya daxil olmaq üçün lazım olan memorandumun şərtlərini yerinə yetirmək üçün konkret addımlar atıb:
"Danışıqlarımızın mühüm mövzusu Finlandiyanın NATO-ya qəbulu olub. Finlandiya NATO-ya daxil olmaq üçün zəruri olan memorandumun şərtlərini yerinə yetirmək üçün konkret addımlar atıb. Biz hazırıq və Finlandiyanın NATO-ya daxil olması üçün ratifikasiya prosesinə başlamaq qərarına gəldik. Əminik ki, Finlandiya NATO-nun təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayacaq”.
Bəsti MƏMMƏD