“Rusiya Avropa ölkələrini öz maraqlarına uyğun qərarlar qəbul edən müstəqil oyunçular kimi görmək istərdi, bu indi belə deyil”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya liderinin fikrincə, yaranmış şəraitdə yaşamaq lazımdır:
"Biz avropalı tərəfdaşlarımızı müstəqil və suveren kimi görməkdə və öz milli maraqları əsasında qərarlar qəbul etməkdə maraqlıyıq. Təəssüf ki, bu, tamamilə belə deyil və çox vaxt belə olmur. Düşünürəm ki, biz yarı yolda bir-birimizlə görüşməliyik. Biz bugünkü vəziyyətə görə bütün günahı yalnız tərəfdaşlarımızın üzərinə ata bilmərik, baxmayaraq ki, bunu çox istərdik. Rusiya həmişə öz maraqlarına hörmətlə yanaşılmaqla hamı ilə əməkdaşlıq etmək istəyini rəhbər tutub. Lakin Rusiya son vaxtlar öz maraqlarına heç bir hörmət görmür, ancaq Qərbin öz yolunu, o cümlədən Rusiya dövləti hesabına əldə etmək istəyini görür”.
Bəsti Məmməd