“Rusiya biznesi və bütövlükdə iqtisadiyyatı sanksiyalar təzyiqinə layiqli cavab verir”.
Faktmedia.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, prokurorluq orqanlarının bu genişmiqyaslı işə öz səlahiyyətləri çərçivəsində köməklik göstərməsi, o cümlədən artıq inzibati maneələrin aradan qaldırılmasına töhfə verməsi vacibdir:
"Artıq qeyd etdiyim kimi, son illər ölkəmizə qarşı real sanksiya aqressiyası həyata keçirilib. Bunu hamınız yaxşı bilirsiniz. Buna baxmayaraq, Rusiya iqtisadiyyatı, yerli biznes və sahibkarlar bütün bu çağırışlara layiqincə cavab verirlər”.
Bəsti Məmməd